Xəzər Xəbər

Xırdalandakı bu sakinlər müvəqqəti evlə təmin olunacaq

Hadisə | 13:30 • 4 Avqust 2022
Xırdalandakı bu sakinlər müvəqqəti evlə təmin olunacaq

Avqustun 3-də axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində Qalubiyyə küçəsində yerləşən beşmərtəbəli binanın üçüncü mərtəbəsində ilkin ehtimala görə qaz sızmasından baş vermiş partlayışla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində araşdırma davam edir.

XəzərXəbər xəbər verir ki, hazırda rayon rəhbərliyi tərəfindən bütün zərərçəkən ailələrin müvəqqəti kirayə evlə təmin olunması sahəsində işlər görülür.

Partlayış nəticəsində zərərçəkən sakinlərin qeydiyyatı aparılır və onların hamısı müvəqqəti olaraq kirayə evlərlə təmin olunacaqlar. Kirayə mənzillərdə yerləşdiriləcək ailələrin ödənişləri Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ödəniləcək.

Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

İlkin məlumata əsasən, 20-yə yaxın mənzilə ziyan dəyib. Qaz, elektrik enerjisi binada tam olaraq kəsilib. Partlayışdan 6 blokdan ibarət olan binanın iki blokuna zərər dəyib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024