Xəzər Xəbər

TƏBİB partlayışla bağlı açıqlama verdi

TƏBİB: Xırdalandakı partlayışda üç nəfər xəstəxanya yerləşdirilib
Hadisə | 23:22 • 3 Avqust 2022
TƏBİB partlayışla bağlı açıqlama verdi

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

XəzərXəbər xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda vəziyyətləri ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar