Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan bir gənc qadın mayın 3-də tanışının onun şəkil və videolarını sosial şəbəkədə yayacağı ilə hədələyib qızıl bilərzik və üzüyünü almasını bildirib.
Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Birinci Biləcik kənd sakini T.Əhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.