Güclü külək paytaxtın müxtəlif ərazilərində irigövdəli ağacların aşmasına səbəb olub.
Bu barədə XəzərXəbər-ə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, gün ərzində 15 ağacın aşması qeydə alınıb:
"Ağaclar daha çox Nərimanov, Nəsimi və Binəqədi rayonlarında aşıb. Hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar. Ağac qırıntılarının hadisə yerindən götürülməsi istiqamətində işlər davam etdirilir".
Qeyd edək ki, Nərimanov rayonu ərazisində ağacın aşması səbəbindən işıq dirəyinə də ziyan dəyib.