Xəzər Xəbər

Polis Ağdaşda reyd keçirib, cərimə olunanlar var

Hadisə | 17:48 • 26 Aprel 2021
Polis Ağdaşda reyd keçirib, cərimə olunanlar var

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və piayadaların təhlükəsiz hərəkət etməsi məqsədilə Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları reyd keçirib.

Reyd zamanı qaydaları kobud şəkildə pozan sürücülər və piyada keçidindən istifadə etməyən şəxslər aşkar edilib.

Dəfələrlə piyadaların vurulması, onların xəsarət alması və bəzən də ölümü ilə nəticələn yol qəzalarına tez-tez rast gəlinir. Bu səbəbdən Ağdaş rayon yol polsi əməldaşları mütəmadi olaraq şəhərin bir necə istiqamətində, insanların daha çox sıx toplaşdığı yerlərdə reydlər keçirir. Bu cür reydlərin tez-tez keçirliməsinə, əhalinin maarifləndirilməsinə baxmayaraq hələ də qayda pozan piyadalara rast gəlinməkdədir. Nəzərə alsaq ki, məktəblərin çoxu şəhər məkəzində, daha dəqiq desək, yol kənarında olması səbəbindən bu cür qayda pozuntularına daha çox rast gəlinir. Əsasən də azyaşlı uşaqlar bəzən yol hərəkəti qaydalarını bilmədikləri üçün piyada zolağından kənar ərazidən keçirlər. Belə olan halda piyadaların həyati təhlükəsi, sürücülərin də haqlı narazılığına səbəb olur.

Reyd zamanı digər qayda pozan sürücülər də aşkarlanaraq barələrində inzibati qaydada protokollar tərtib edilib. Əsasən reyddə dayanma durma, düzgün manevretmə, ötmə, parklanma və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərədə rast gəlinib.

Reyd zamanı 100-ə yaxın piyada saxlanılaraq onlarla proflaktik söhbətlər aparılıb, bir neçə piyada barəsində isə protokollar tərtib edilib. Bundan başqa qayda pozan sürücülər polis əməkdaşları tərəfindən aşkar edilərək barələrində inzibati tədbirlər görülüb.

Qeyd edək ki, bu cür reydlərin keçirilməsinin mütamadi olaraq ilin sonuna qədər davam etdirilməsi nəzərdə tutulur./report

Xəbər lenti

Çox oxunanlar