Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də 18 cinayətin üstü açılıb.
XəzərXəbər Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Xuliqanlıq üzrə 11, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 38 nəfər saxlanılıb.
İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.