Bakı-Qazax magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
XəzərXəbər xəbər verir ki, magistralın 50-ci kilometrliyində 1970-ci il təvəllüdlü sürücü idarə etdiyi "QazEL” markalı yük maşınını saxlayaraq avtomobilin ön tərəfinə keçib. Bu zaman arxadan gələn "KamAZ” markalı digər yük maşını "QazEL”ə çırpılıb. Nəticədə 50 yaşlı sürücü öz maşınının altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.