Abşeron rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksində baş verib.
2013-cü il təvəllüdlü autizm sindromlu Ə.Məmmədov yaşadığı binanın 6 mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlayıb. (Trend)