Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Rayonun Sarxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib.
Onun asılı vəziyyətdə qalan meyitini ailə üzvləri aşkarlayıblar.
Bildirilir ki, intihar edən 11 yaşlı oğlanın anası 4 il əvvəl vəfat edib. O, orta məktəbin 4-cü sinfində oxuyurmuş.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, araşdırma aparılır./publika.az