Xətai və Sabunçu rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Xətai rayonunun Zığ yolu küçəsində yolu keçən paytaxt sakini Rübabə Bağırova Bakı şəhər sakini T.Məmmədovun idarə etdiyi "Mitsubishi” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini M.Nəbiyev idarə etdiyi "Khazar” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Aydın Ağayevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ağayevin həyatını xilas etmək mümkün olmayıb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.