Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib.
XəzərXəbər xəbər verir ki, Sabunçu rayonu ərazisində minik avtomobili yolun kənarı ilə hərəkət edən velosipedçini vurub.
Ağır xəsarət alan velospiedçinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.