Binəqədi rayonu ərazisində mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayon ərazisindəki mənzillərin birindən 330 manat pul və 550 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini A.İsmayılov Kriminalistik Tədqiqatlar İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.