Xəzər Xəbər

Ağdaşda usta faciəli şəkildə öldü

Hadisə | 16:27 • 6 Mart 2020
Ağdaşda usta faciəli şəkildə öldü

Ağdaş rayon sakini faciəli şəkildə dünyasını dəyişib.

Report-un xəbərinə görə, hadisə rayonun Dəhnəxəlil kəndi ərazisində yerləşən çınqıl karxanasında qeydə alınıb.

Belə ki, karxanada usta kimi çalışan rayon sakini Mahir Hacıyev beton hazırlayan dəzgahın arasında qaynaq işi görən zaman ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəbər lenti

Çox oxunanlar