Bakıda qətl törədilib.
Bakı şəhər Prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, martın 4-də saat 20:00 radələrində Belarus vətəndaşı, 1963-cü il təvəllüdlü Sahib Babayevin paytaxtın Nizami rayonu ərazisində arvadı, 1985-ci il təvəllüdlü Elnara Ağarzayevanın boğaz nahiyəsindən kəsici-deşici alətlə ağır xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə zəruri ekspertizalar təyin olunub.
S.Babayev şübhəli şəxs qismində istintaqa cəlb olunub.