Xəzər Xəbər

Samuxda ər arvadının qanını tökdü

Hadisə | 10:57 • 21 Mart 2019
Samuxda ər arvadının qanını tökdü

Samux rayonunun Karayeri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, qəsəbə sakini 1964-cü il təvəllüdlü Dilbər Məhərrəmova yaşadığı evdə həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, əməliyyat olunub, vəziyyəti orta ağırdır.

Qadının yaxınlarının bildirdiyinə görə, Dilbərlə əri arasında mübahisə yaşanıb. Nəticədə həyat yoldaşı qadına bir neçə dəfə bıçaqla zərbə endirib.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar