Xəzər Xəbər

Ermənilər Tovuzun kəndlərini atəşə tutdu

Hadisə | 10:01 • 21 Mart 2019
Ermənilər Tovuzun kəndlərini atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Bu barədə XəzərXəbər-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Baş Qərvənd, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Rubrikanın digər xəbərləri

Xəzər dənizində
Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024
Tovuzda dəhşətli yol qəzası:
Tovuzda dəhşətli yol qəzası: 6 ÖLÜ/yenilənib
02:02 • 28 Noyabr 2024
Suraxanıda yaşayış binasında yanğın
Suraxanıda yaşayış binasında yanğın TƏXLİYYƏ OLUNANLAR VAR
18:26 • 26 Noyabr 2024
Diş məcunu qabından narkotik çıxdı
Diş məcunu qabından narkotik çıxdı FOTO
12:11 • 26 Noyabr 2024

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024