Türkiyədə yeraltı təkanlar qeydə alınıb.
Dənizli bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib. Zəlzələdən dərhal sonra 4,5 və 4,8 bal gücündə avterşoklar olub.
Zəlzələnin episentri isə 11,36 km dərinlikdə olub.
Yeraltı təkanlar qonşu şəhərlərdə də hiss edilib. Hadisə nəticəsində taxta evlərdə və hündür binalarda çatlar meydana gəlsə də, tələfat qeydə alınmayıb./publika