40 saylı avtobus idarəetməni itirərək bir neçə avtomobilə çırpılıb.
Bakının Qara Qayarev prospektində 40 saylı avtobusun törətdiyi zəncirvari qəza nəticəsində 2 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. O, ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.
Qəza nəticəsində yüngül xəsarət alan 72 yaşlı kişiyə isə yerində yardım göstərilib.
Qeyd edək ki, bu gün 40 saylı avtobus idarəetməni itirərək bir neçə avtomobilə çırpılıb.(bakupost.az)