"8-ci kilometr bazarı"nın önündə marşrut avtobusu zəncirvari qəza törədib.
Hadis şahidlərininAxar.az-a verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan avtobus idarəetmədən çıxıb və piyada keçidində dayanan VAZ-21O7, "Nissan” və BMV markalı avtomobillərə çırpılıb, daha sonra digər avtomobilin üstündən keçib. Nəticədə 4 maşına ciddi ziyan dəyib.
Hadisə yerinə təcili yardım və xilasetmə maşınları cəlb edilib.
Yaralananlar var.