Xəzər Xəbər

Bakıda insanlar üçün ölüm təhlükəsi FHN ƏMƏLİYYAT KEÇİRDİ

Hadisə | 15:26 • 18 Mart 2019
Bakıda insanlar üçün ölüm təhlükəsi

Bakıda çoxmərtəbəli binadan asılı vəziyyətdə qalmış kondisioner motoru götürülüb.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının çöl divarına bərkidilən kondisionerin mühərriki yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan qurğunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar. Əməliyyat başa çatıb.

Xəbər lenti

Çox oxunanlar