Bakı şəhər Xətai rayonunda sakinlərdən birinin yaşadığı çoxmərtəbəli binadan yerə atdığı zibil torbası avtomobilin üstünə düşüb.
Məhəmməd Hadi küçəsində - metronun "Əhmədli" stansiyasının yaxınlığında avtomobilin ön şüşəsinin üstünə düşən zibil torbası şüşənin sınaraq yararsız hala düşməsinə səbəb olub.
Avtomobil sahibi başına gələnlərlə bağlı polisə və sığorta şirkətinə məlumat verib./publika.az