"Təmiz dünya" qadın və uşaq sığınacağında daha bir körpənin həyatı xilas edilib.
Publika.az-ın xəbərinə görə, bu barədə sığınacağın rəhbəri Mehriban Zeynalova məlumat verib.
O bildirib ki, atılmış körpə bütün müayinələrdən keçib: "Çox şükür qorxduğumuz xəstəlik çıxmadı uşaqdan. Balacanın anası rəhmətə gedib və ata uşağa baxa bilmədiyi üçün sığınacağa yerləşdirib".