Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 15-də saat 23 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Astara şəhər sakini G.Məmmədov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Goranboy şəhər sakini Eldar Əmrahovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.