Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.