Xəzər Xəbər

Küləyin sürəti rekord həddə çatdı

Hadisə | 17:55 • 17 Yanvar 2019
Küləyin sürəti rekord həddə çatdı

Saat 17:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 38-40 m/saniyəyə çatıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərargahından məlumat verilib.

Məlumatda bildirilir ki, "Günəşli” yatağında dalğanın açıq dənizdə 7,9 metrdir.

***

Bu gün saat 15:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 30 m/s, Sumqayıtda küləyin ani, maksimal sürəti 40 m/s çatıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, dalğanın hündürlüyü açıq dənizdə 7,5 metrdir. Respublika ərazisinin əksər rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə şaxta, dağətəyi rayonlarda 0-3 dərəcə isti aran rayonlarda 4-6 dərəcə isti təşkil edir.

Xəbər lenti

Çox oxunanlar