Xəzər Xəbər

FHN Bakıda tikinti materialları bazarında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Hadisə | 13:41 • 19 İyun 2018
FHN Bakıda tikinti materialları bazarında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikinti materialları bazarında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1100 m² olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 m² sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb.

Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Çox oxunanlar