Xəzər Xəbər

Ana öz övladını doğulduqdan sonra torpağa basdırdı FOTOLAR

Hadisə | 12:39 • 23 Aprel 2017
Ana öz övladını doğulduqdan sonra torpağa basdırdı

Cənubi Afrikanın Paddock şəhərində bir qadın yeni dünyaya gətirdiyi övladını torpağa basdırıb.

Qadın yeni doğulan uşağını basdıraraq üzərinə qum və taxta töküb. Ancaq, uşaq möcüzə olaraq həyatda qala bilib.

Belə ki, yaxınlıqda yerləşən zavodun işçiləri 3 gün sonra ağlamaq səsi eşidib. İşçilər dərhal həmin yeri taparaq uşağı çıxarıb.

Onlar uşağı polisə təhvil veriblər. Polis 25 yaşlı ananın axtarışına düşərək onu tapa biliblər. Qadın həbs edilib. Onun 4 yaşında daha bir övladı olduğu məlum olub. Qadın ailəsinin daha bir uşağın olmasını istəmədiyi üçün onu öldürməyə çalışdığını etiraf edib.

Xəbər lenti