Günorta saatlarından əsməyə başlayan güclü külək Ağstafa rayonunda fəsadlar törədib.
Rayonun kəndlərində, əsasən də Poyluda bəzi
evlərin dam örtüyü qismən dağılıb. Həmçinin, elektrik naqilləri sıradan
çıxıb və enerjinin verilişi 3 saata yaxın dayandırılıb.
Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda elektrik
təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə
enerjinin verilişi bərpa olunub. Küləyin sürətinin isə hazırda azaldığı
bildirilir.
Ölkənin Qərb bölgəsində güclü külək bir neçə gündür davam edir. Hazırda
Qazax, Tovuz, Daşkəsən və Şəmkir rayonlarında küləkli hava müşahidə
olunur. (Report.az)