Xəzər Xəbər

Sabaha olan hava proqnozu

Gündəm | 13:38 • 2 Sentyabr 2014
Sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, sentyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək.

Ümumiyyətlə, yaxın iki gün ərzində Bakıda mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında sentyabrın 3-də hava əsasən yağmursuz keçəcək, lakin dağlıq ərazilərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Xəbər lenti