Xəzər Xəbər

Bu günün hava proqnozu

Gündəm | 09:39 • 3 Sentyabr 2014
Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal küləyi 7-12 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 29-34° isti olacağı gözlənilir.

Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi 3-8 m/s.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi 3-8 m/s.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gündüz hava, əsasən, yağmursuz olacaq. Şərq küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində hava, əsasən, yağmursuz olacaq.

Şərq küləyi 5-10 m/s.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Xəbər lenti