Azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin 2014-2015-ci dərs ilinə aid tədris planının təsdiqi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Təhsil Nazirliyindənverilən məlumata görə, əmr Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq siniflərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə verilib.
Əmrdə qeyd olunur ki, məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Tədris resursları şöbəsi (F.Şahbazlı) həmin tədris planının vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.