“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 12:00-dək Şəki rayonuna, saat 13:00-dək Nərimanov, saat 17:00-dək Suraxanı, Xətai, Füzuli və Yevlax rayonlarının bir hissəsinə, Qax rayonuna, saat 18:00-dək Nizami, Xəzər, Binəqədi, Abşeron, Quba və Şəmkir rayonlarının bir hissəsinə, Astara rayonunun Ərçivan, Kürdəmir rayonunun isə Çöhranlı və Bağbanlı kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.