Xəzər Xəbər

Dördüncü mobil operator gəlir - "NAXTEL"

Gündəm | 15:33 • 3 Sentyabr 2014
Dördüncü mobil operator gəlir - "NAXTEL"

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Naxçıvan Muxtar Respublikasının CDMA simsiz rabitə standartı operatoru "Naxtel" şirkətinə LTE (Long Term Evolution) şəbəkəsinin açılması üçün tezliklərdən istifadəyə lisenziya verib.

Bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, operator RYTN-ə Azərbaycan ərazisində öz fəaliyyətini genişləndirməklə bağlı icazə alınması üçün müraciət edib.

Ə.Abbasov qeyd edib: "Biz ilkin mərhələdə onun fəaliyyətini daxili rouminq əsasında təmin etmək niyyətindəyik. Daha sonra mobil rabitə xidmətinin bütün Azərbaycan ərazisində açılması məsələsinə baxılacaq".

 

trend

Xəbər lenti

Çox oxunanlar