Bu barədə məlumatı “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Ferqyuson verib.
Nionda UEFA-nın məşqçilərlə bağlı seminarı keçirilib. Ferqyuson bildirib ki, seminarda bu məsələ müzakirə edilib:
“Səfər qolu” üstünlüyü 1965-ci ildən tətbiq edilir. Ancaq indi bəziləri düşünür ki, bu qayda artıq köhnəlib. Səfər-ev oyunlarının müasir futbolda əhəmiyyət kəsb edib-etməməsi yönündə müzakirələr oldu. Bir çoxları iddia edir ki, müasir futbolda səfər-ev oyunları arasında ciddi fərq yoxdur”.
Məsələ hələ ki, açıq qalır. UEFA-nın növbəti seminarlarında bu yöndə müzakirələr davam etdiriləcək.