Xəzər Xəbər

Nazirdən magistrların hərbi xidmətə çağırılmasından danışdı

Gündəm | 12:03 • 5 Sentyabr 2014
Nazirdən magistrların hərbi xidmətə çağırılmasından danışdı

Nazir bildirib ki, bu məsələ çox aktualdır: 

“Mövzu parlamentdə də müzakirəyə çıxarılıb. Burada iki həqiqət var. Birinci həqiqət ondan ibarətdir ki, biz məsələyə sırf təhsil prizmasından yanaşmalıyıq. Təhsildə müəyyən fasilələrin verilməsi fəsadların yaranmasına gətirib çıxarır. Digər həqiqət ondan ibarətdir ki, Azərbaycan müharibə şəraitindədir. Müvəqqəti atəşkəs şəraiti hökm sürür. Bu zaman ümummili maraq məsələsi əsas götürülməlidir. Biz bu istiqamətdə Səfərbərlik Komitəsi və Müdafiə Nazirliyi ilə müzakirələr aparırıq. Birlikdə ümumi məxrəcə gələ biləcəyik. Bu dövlət və cəmiyyət üçün mühüm məsələdir. Dövlət orqanları bu məsələ üzərində çalışır. Əmin ola bilərsiniz ki, hərtərəfli müzakirə olunmuş bir qərar veriləcək”. 

"Qafqazinfo"

Xəbər lenti

Çox oxunanlar