Xəzər Xəbər

Baş prokuror vətəndaşları qəbul edəcək

Gündəm | 17:22 • 5 Sentyabr 2014
Baş prokuror vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il sentyabrın 19-da saat 11:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edəcəkdir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbər lenti