Xəzər Xəbər

Azərbaycanda İLK

Gündəm | 12:07 • 8 Sentyabr 2014
Azərbaycanda İLK

“Orta məktəbin 10-cu sinfini bitirən şagirdi heç kim 11 və 12-ci siniflərdə təhsil almağa məcbur etməyəcək" 

“Azərbaycanda 12 illik ümumi təhsilə keçdikdən sonra, 11-ci və 12-ci siniflər təmayüllər üzrə olacaq”. Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev bildirib.

 

O qeyd edib ki, şagirdlər 10-cu sinfə qədər icbari təhsil alacaq: “Orta məktəbin 10-cu sinfini bitirən şagirdi heç kim 11 və 12-ci siniflərdə təhsil almağa məcbur etməyəcək. Onu da qeyd edim ki, 11 və 12-ci siniflərdə təhsil alanlar yalnız profil (təmayüllər) üzrə təhsil alacaq”. Şöbə müdirinin müavini vurğulayıb ki, bu öz növbəsində repetitorluğun qarşısını alacaq.

 

Ə. Quliyev bildirib ki, məktəblər təmayüllərə bölündükdən sonra, dərsliklər də ona uyğun hazırlanacaq. “Məsələn, informatika-riyaziyyat təmayüllü, kimya-biologiya təmayüllü, humanitar təmayüllü məktəbin dərsliyi eyni olmayacaq. Yəni burada müxtəlif variantlar (müxtəlif dərsliklər) olacaq. Təhsil Nazirliyi gələcəkdə alternativ dərsliklərə geniş meydan vermək istəyir. Hələ ki alternativ dərslik sisteminə keçə bilmirik, çünki ölkədə müəllif çatışmazlığı var”.

Xəbər lenti