Xəzər Xəbər

Bakıda Bilik Gününün hava proqnozu açıqlandı

Gündəm | 16:16 • 8 Sentyabr 2014
Bakıda Bilik Gününün hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün və sabah isti hava şəraiti davam edəcək. Lakin sentyabrın 10-dan başlayaraq Bakıda və Abşeron yarımadasında fasilələrlə şimal-qərb küləyi əsəcək.

Ümumilikdə sentyabrın 10-dan sonra temperaturun bu günlərlə müqayisədə aşağı olacağı, küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

İlkin proqnozlara görə, sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Sentyabrın 10-15-də havanın temperaturunun 30 dərəcədən yüksək olacağı gözlənilmir.

Qeyd edək ki, Azərbaycanda Bilik Günü sentyabrın 15-də qeyd edilir.

Xəbər lenti

Çox oxunanlar