Xəzər Xəbər

Yol polisi təhlükəsizlik aylığı keçirəcək

Gündəm | 18:43 • 8 Sentyabr 2014
Yol polisi təhlükəsizlik aylığı keçirəcək

XezerXeber.com xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsin məlumatına görə, tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektivliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

DİN rəhbərliyinin göstərişinə əsasən, uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinin aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlər görüləcək, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. tədbirlər həyata keçiriləcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə bununla bağlı Trend-ə bildirib ki, təhlükəsizlik aylığının Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzi ilə birgə paytaxt ərazisindəki məktəbəqədər təhsil müəssisələrində və ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub: "Yeni dərs ilinin başlaması ilə əlaqədar küçə və yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin yüksək olması ehtimalı artır. Belə şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə də uşaq və yeniyetmələrin yol-hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məsələsi qarşıda durur".

 

Xəbər lenti

Çox oxunanlar