Xəzər Xəbər

Anar Kərimov maliyyə nazirinin birinci müavini, Himalay Məmişov müavini təyin edilib

Gündəm | 18:08 • 15 Aprel 2025
Anar Kərimov maliyyə nazirinin birinci müavini, Himalay Məmişov müavini təyin edilib

Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Xezerxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

O, maliyyə nazirinin birinci müavini təyin edilib.

Prezidentin digər Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Xəbər lenti

Qızıl xəzinəsi tapıldı
17:23 • 26 Aprel 2025
Roma Papası dəfn edilib
16:50 • 26 Aprel 2025