Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi və Dənizkənarı Bulvar İdarəsi Hesablama Palatasının tövsiyələrini nəzərə almayıb.
Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Qeyd edilib ki, Hesablama Palatasının tövsiyələrinin audit obyektlərinə töhfəsi aşağıdakı kimi olub:
Töhfəsi məqbul olmuş:
- AR Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə edilməsi Agentliyi (dövlət borcu);
- AR Dövlət Neft Fondu;
- AR Milli Məclisi.
Töhfəsi qismən olmuş
-Bakı Dövlət Universiteti
-“AR Kosmik Agentliyi” PHŞ
-“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
-“Bakı Metropoliteni” QSC
-“Azərişıq” ASC
-Azərbaycan Dövlət İqtisad Universiteti
-AR Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi
-Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
-AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
-AR Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi
-AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu
-AR Minatəmizləmə Agentliyi
-AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
-AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
-Bakı Şəhər Halqası Əməliyyat Şirkəti
-AR İpoteka və Kredit Zəmanət Fondu
-AR Gənclər və İdman Nazirliyi
Töhfəsi qeyri-məqbul olmuş:
- Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi,
- Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi
- Dənizkənarı Bulvar İdarəsi.