Xəzər Xəbər

Türkiyə nümayəndə heyəti Şuşaya gəlib

Gündəm | 14:15 • 13 Aprel 2025
Türkiyə nümayəndə heyəti Şuşaya gəlib

Türkiyə Böyük Millət Məclisinin üzvləri, hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri, Kayseri bələdiyyəsinin yüksəkvəzifəli şəxsləri, ali məktəb rektorları və sahibkarların daxil olduğu nümayəndə heyəti Şuşa şəhərinə gəlib.

Xezerxeber.az xəbər verir ki, əvvəlcə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçiriləcək. Qonaqlar sonra Qarabağın incisi, Azərbaycan tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri ilə tanış olacaqlar.

Xəbər lenti