Xəzər Xəbər

Hesablama Palatası dövlət qurumunda yoxlamalar aparır

Gündəm | 13:52 • 7 Aprel 2025
Hesablama Palatası dövlət qurumunda yoxlamalar aparır

Azərbaycan Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində audit keçirir.

Bu barədə palatadan bildirilib.

"Hazırda audit prosesi davam edir. Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi qanuna uyğun olaraq tənzimlənir", - cavabda qeyd olunur.

Xatırladaq ki, aprelin 3-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Aqrar Xidmətlər Agentliyində əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanılıb. (report)

Xəbər lenti