Xəzər Xəbər

Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

Gündəm | 16:20 • 5 Aprel 2025
Azərbaycan və Özbəkistan prezidentləri arasında telefon danışığı olub

Aprelin 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib. 

Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.

İqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub.

Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı regional, o cümlədən Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.

Xəbər lenti