Xəzər Xəbər

Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyənlərin dairəsinin genişləndirilməsinə aydınlıq gətirilib

Gündəm | 11:51 • 4 Aprel 2025
Hərbi xidmətdə son yaşı həddi müəyyən edilməyənlərin dairəsinin genişləndirilməsinə aydınlıq gətirilib

Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arzu Nağıyev deyib.

Komitə sədri bildirib ki, bu, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Onun sözlərinə görə, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

Parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səməd Sultanov qeyd edib ki, ehtiyatda olmanın yaş həddi generallar üçün saxlanır: "Ehtiyatda olmanın son yaş həddi 65-dir. Hər hansı şəxs 63 yaşında Prezident tərəfindən vəzifədən çıxarıldıqda, o, ehtiyata göndəriləcək. Amma 65 yaşında vəzifədən göndərilirsə, o istefaya göndəriləcək". (APA)

Xəbər lenti