Xəzər Xəbər

Ərdoğan İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Gündəm | 17:07 • 29 Mart 2025
Ərdoğan İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Ramazan bayramı ilə bağlı təbrik məktubu ünvanlayıb.

Xezerxeber.az xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli Prezident, Əziz Qardaşım.

Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.

İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.

Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan

xalqına isə xoş günlər və rifah arzulayıram".

Xəbər lenti