Xəzər Xəbər

Çelik Ermənistanın konstitusiyanı dəyişdirməsi vacibdir DEYİB

Gündəm | 18:37 • 17 Mart 2025
Çelik Ermənistanın konstitusiyanı dəyişdirməsi vacibdir

Tütkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekunlaşmasına münasibət bildirib.

Xezerxeberaz xəbər verir ki, bu barədə partiyanın sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

O, bunu mühüm addım kimi qiymətləndirib: “Tərəflər arasında iki məsələ barədə fikir ayrılığı var idi. İndi isə Azərbaycanla Ermənistan arasında sülh üçün demək olar ki, bütün məqamlarda razılıq əldə olunub. Bu, Qafqazda sülh üçün mühüm mərhələdir”.

Ö.Çelik söyləyib ki, bundan sonra Ermənistanın Azərbaycana qarşı qanunvericilik aktlarını, o cümlədən konstitusiyasını dəyişdirməsi vacibdir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 13-də Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığını bildirib.

Xəbər lenti