Xəzər Xəbər

Asiya Parlament Assambleyası Ermənistandan qovulan azərbaycanlıların yurdlarına qayıtmasını dəstəkləyib

Gündəm | 11:20 • 28 Fevral 2025
Asiya Parlament Assambleyası Ermənistandan qovulan azərbaycanlıların yurdlarına qayıtmasını dəstəkləyib

Fevralın 18-dən 20-nədək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib: “Bakı Bəyyanaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilib”

Xəbər lenti