Xəzər Xəbər

Ötən il 441 nəfər Azərbaycana readmissiya olunub

Gündəm | 09:35 • 6 Fevral 2025
Ötən il 441 nəfər Azərbaycana readmissiya olunub

Ötən il ərzində Dövlət Miqrasiya Xidməti (DMX) 441 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

Bu barədə DMX-nin Readmissiya məsələləri idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.(report)

Xəbər lenti