Xəzər Xəbər

Əli Əsədov Qazaxıstana səfər edib FOTO

Gündəm | 15:37 • 30 Yanvar 2025
Əli Əsədov Qazaxıstana səfər edib

Baş nazir Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun dəvəti ilə yanvarın 30-da Almatı şəhərinə işgüzar səfər edib.

Xezerxeber.az bildirir ki, bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Almatı Beynəlxalq Hava Limanında Ə.Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin müavini - hökumət aparatının rəhbəri Qalımjan Koyşıbayev və digər rəsmi şəxslər qarşılayıblar.

Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək. O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.

Xəbər lenti